Xəbərlər
Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol klubuna hədiyyələr təqdim olunub (VİDEO)
24 iyun tarixində “Soydaş” ictimai birliyi tərəfindən Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol klubuna forma, top və digər ləvazimatlar hədiyyə olunub. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı klubun baş məşqçisi Əhməd İsmayılov məlumat verdi. Onun sözlərinə görə, hədiyyələr Azərbaycanda fəaliyyət göstərən “Soydaş” ictimai birliyinin rəhbəri Kamran Ramazanlı tərəfindən göndərilib.

Tədbirdə “Soydaş” ictimai birliyinin üzvü Şahin Gülməmmədov birlik adından Marneulidə fəaliyyət göstərən yeniyetmələrdən ibarət futbol klubuna futbolçu geyimi, orijinal futbol topu və çempionatda iştirak üçün 500 lari üzvlük haqqı hədiyyə edib.



İsmayılovun dediyinə görə, klubun formaları olmadığından ölkə miqyasında bir sıra turnirlərdə iştirak edə bilməyiblər. O, indi ümid edir ki, onun yetirmələri artıq yarışlara qatıla biləcəklər.

Əhməd İsmayılov onu da bildirdi ki, 27 iyun tarixində Kobuletidə keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün yola düşəcəklər. O, ümid edir ki, onun tələbələri yarışdan qələbə ilə qayıdacaqlar.



FaceBook Twitter Google