Şaumiani kitabxanasının bərpa layihəsini tərtib etmək üçün Marneuliyə xarici tələbələr qrupu gəlir
3 avqust tarixində, Marneulidə, Şaumianidə olan kitabxana və Melik-Paşayevin ev muzeyinin bərpa layihəsini tərtib etmək üçün ABŞ, Serbiya və Almaniyadan 10 nəfər yaxın adam gələcək. Gənc arxeoloqlar cəmiyyətinin nümayəndəsi Mariam Eloşvili bizimlə söhbəti zamanı bildirdi ki, xarici tələbələr gəlir. Onlar arxeologiya, mədəni irs və arxitektur ilə məşğuldurlar. Onlarla birlikdə digər gürcü təşkilatlarından olan bərpaçı vəmədəi irsi mütəxəssislər də işləyəcək.

“İki il əvvəl bir alman təşkilatı ilə danışıqlara başlanıldı. Dedik ki, Marneulidə arxeoloji mərkəz yaratmaq istəyirik və bu mədəni irs daşıyıcısı olan binalardan birində olacaq. Onlar da maraqlandılar. Bundan sonra Marneuli meriyası ilə əlaqə saxladıq və bina tapmaqda bizə kömək etdilər. Bizim fikrimizcə Şaumiani Marneulidə mühüm məntəqədir. Çünki tarixi yaddaşı var. Müvafiq olaraq Şauianidə mədəni irsi yerlər çoxdur. Belə yerlərdən bizi məhz bizim ideayay uyğundur. Həmin bina Melik Paşayevlə əlaqədardır. Doğrudur burada indi muzey var, ancaq mənim fikrimcə, bu həqiqi sima deyil. Biz istəyirik ki, onun varlığını ön plana çəkək”, – Mariam Eloşvili bildirdi.

Layihə 19-cu əsrin tarixi tikililərinin, mədəi irsi obyektlərin bərpasını və onun müxtəlif, yeni funksiyalarını əhatə edir. Çoxfunksiyalı təhsil məkanı yaradılacaq. Orada kitabxana və muzey, fəaliyyət göstərəcək, eləcə də konfrans, leksiya üçün məkan, arxeolgiya və bu yöndə çalışan mütəxəssislər üçün elmi laboratoriya, əlavə sərgi məkanı, ekspermental arxeoloji düşərgə və s. yaradılacaq.

“Biz istəyirik ki, mərkəz daha rəngarəng olsun. əlbəttə, əsas arxeologiya olacaq. Bundan əlavə istəyirik ki, əhalini bir-birinə daha da yaxınlaşdıracaq tədrbirlər təklif edək. Məsələn, mədəni, incəsənət və bu kimi tədbirlər”.

Gənc arxeoloqlar cəmiyyətinin nümayəndəsinin sözlərinə görə, əgər hər şey plana uyğun gedərsə gələn il brpa işlərinə başlanılacaq.

Print Email
FaceBook Twitter Google