Sosial Ədalət Mərkəzi Marneulidə baş varmiş qətlə hadisəsinə münasibət bildirib
Sosial Ədalət Mərkəzi (keçmiş EMC) Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndində keçmiş həyat yoldaşı tərəfindən arvadı və qaynatasının qətlə yetirilməsi faktına münasibət bildirib. Mərkəz Daxili İşlər Nazirliyini istintaq aparmaqla yanaşı, dünyasını dəyişənlərlə müttəhimin qohumları arasında baş verə biləcək münaqişənin qarşısının alınması məqsədi ilə müvafiq ölçülər götürməyə çağırıb.

“Müttəhimin saxlanılmasına baxmayaraq polis növbəti münaqişənin qarşısını almağı bacarmayıb və mediada yayılmış məlumatdan aydın olur ki, qətldən sonra, ölən şəxslərin iki qohumu müttəhimin atasını döyüb və ailəyə məxsus avtomobilə ziyan vurublar. Polisin həmin qətlə qədər qadın və müttəhim arasında ailə münaqişəsi, adekvat reaksiyanın göstərilməsi barədə məlumatının olub olmaması məlum deyil. Ancaq mövcud münaqişənin tarixini nəzərə almaq, ilkin baxışla polis zorakılıq riskləri barədə bilməli idi. Təəssüf ki, ailədə zorakılıq hallarına qarşı dövlətin ciddi istintaq siyasətinə baxmayaraq, bu kimi cinayətlərin sayı azalmır və yalnız 2021-ci ilin yanvar-may ayına olan məlumata görə, ölkədə ailədə zorakılıq hallarından 2 169 istintaq başlayıb. Yanvar-aprel aylarına olan göstəricilərə əsasən isə 3 146 həbs orderi verilib. Son dövrlərdə səs-küyə səbəb olan hadisələr göstərir ki, polisin ailədə zorakılıq hallarına reaksiyası da qadınları qoruya bilmir. Ailədə zorakılıq halları əksər hallarda daha ağır cinayətə çevrilir və zorakılıq qurbanı olan qadının ölümü ilə başa çatır”, – Sosial Ədalət Mərkəzi yazır.

Son illərdə ailədə törədilmiş cinayətlərə reaksiya göstərilmə təcrübəsinin yaxşılaşdırılmasına baxmayaraq, bu kimi zorakılığın effektli şəkildə qarşısının alınması, qurban qadınların qorunması və onlara fiziki, sosial, emosional təhlükəsizlik zəmanəti yaratmaq yenidən problem olaraq qalır. Təsirli və vaxtında qarşısının alınması polisin fəaliyyətinin ən zəif tərəfini göstərir. Etnik azlıqların sıx məskunlaşdığı, illərdir polisə etimadın yaradılması siyasətinin aparıldığı regionlarda polisin fəaliyyəti daha zəifdir. Çox sayda sosial faktora görə isə (həmçinin, dil barieri və siyasət) polisin öz fəaliyyəti həmin yerlərdə zəif və səthi olaraq qalmaqdadır. Sosial qayğı göstərmə xidmətləri və müvafiq dəsrə alətlərinin əhəmiyyəti isə ailədə zorakılıq siyasətində yenidən qeyri-müvafiq şəkildə təsvir olunub. Bu isə belə zorakılıq təcrübəsinin vaxtında müəyyənləşdirilməsi və reaksiya göstərilməsini çətinləşdirir.

Sosial Ədalət Mərkəzi çağırır:

Daxili İşlər Nazirliyi
  • Yuxarı Saralda baş vermiş ağır cinayətlə bağlı vaxtında və təsirli istintaq aparsın. İctimaiyyətə istintaqın nəticələri barədə məlumat versin;
  • Baş vermiş qətldə mümkün olan gender motivinin müəyyən edilməsi məqsədi ilə lazımı istintaqın aparılması;
  • İctimaiyyətə, öldürülmüş şəxs tərəfindən ona qarşı edilən zorakılıq faktı ilə bağlə məlumat verilib verilməməsi, qurumun niyə gözlənilən zorakılıq riskləri barədə effektiv ölçülər götürməməsi və qarşısını almaması barədə məlumat versin;
  • Yuxarı Saralda ailə/nəsillər arasında münaqişənin davam etdirilməməsi məqsədi ilə və bu baxımdan qarşıdurmanı aradan qaldırmaq üçün ölçülər götürülsün;
  • Etnik azlıqların məskunlaşdığı regionlarda onun fəaliyyətini, xüsusilə də qadınlara qarşı zorakılıq sahəsində fəaliyyətinin təsirlilik problemini qiymətləndirsin. Mövzu ilə bağlı etimad və dəyişikiklər istiqamətində islahatlara başlasın.
Gürcüstanın İşğal Edilmiş Ərazilərdən Qaçqınlar, Əmək, Sağlamlıq və Sosial Müdafiə Nazirliyi
  • Öldürülmüş qadının azyaşlı uşaqlarının sosial təminatı və bərpası üçün ölçülər qəbul etsin
Hökumət
  • Ailədə zorakılığın qarşısının alınması və araşdırımasına əsaslanmış strategiya və fəaliyyət planı hazırlasın. Strategiya və plan polis, sosial təminat, təhsil siyasətlərini birlikdə nəzərə alacaq və ailədə zorakılığın davamlı səbəbələrinə zidd olacaq.
"Marneuli" Radiosu
Print