Dmanisinin Gödəkdağ kənd sakinləri Kvemo Kartli quberniyası qarşısında aksiya keçiriblər – VİDEO
Dmanisi rayonunun Gödəkdağ kənd sakinləri Kvemo Kartli quberniyası qarşısında aksiya keçiriblər.

Belə ki, 50-yə qədər ailənin uzun illərdir istifadə etdikləri 25 hektaradək torpaq sahəsi özəlləşdirilib. Nəticədə maldarlıqla məşğul olan Dödəkdağ sakinləri biçindən topladıqları məhsulları götürə bilmirlər.

Sakinlər onu da bildirək ki, mövcud məsələ ilə bağlı ötən gün Dmanisi rayon İcra Hakimiyyəti qarşısında toplaşan sakinlər rayon rəhbərliyindən problemlərinin həlli ilə bağlı müsbət cavab almayıblar.

Bu gün isə Gödəkdağda torpaq problemi ilə üzləşən onlarla sakin Rustavi şəhərinə gələrək bölgə qurbernatorluğu qarşısında aksiya keçiriblər.

Daha ətraflı Baku TV-nin hazırladığı video süjeti izləyə bilərsiz:

Print