Bir həftədən artıqdır ki, Mollaoğlu sakininin 40-a yaxın keçisi
qaçıb.
Mollaoğlu Ermənistanla sərhəddə yerləşir, məlum olub ki, qaçmış
keçilər Ermənistan ərazisinə keçiblər.
Keçilərin sahibi “Marneuli” radiosuna bildirdi ki, bir neçə gün
ərzində keçilərin hara getdiyini bilmirmiş, sonra əhali keçilərin
səsini Ermənistan ərazisində eşidib. Sonra başa düşüblər ki, qaçmış
keçilər qonşu ölkəyə keçib.
Heyvanların sahibi keçilərin Ermənistan ərazisindən Gürcüstana
qaytarılması üçün Marneuli meriyasından yardım istəyib. Marneuli
merinin müavini Roin Dekanoidze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, indi vəziyyəti aydınlaşdırmaq üçün sərhədə
gedir. Dekanoidzenin sözlərinə görə, Marneuli merinin
səlahiyyətlərini icra edən Zaur Tabatadze və Kvemo Kartli dövlət
müəvkkili Şota Rexviaşvili də məsələ barədə məlumatlıdır.
Yerli özünüidarə nümayəndələri sərhəd polisi ilə də əlaqə
saxlayıblar. Dekanoidzenin sözlərinə görə, keçilərin Gürcüstana
qaytarılması üçün Ermənistan tərəfini də məsələyə qoşacaqlar.