Son 24 saat ərzində Marneulidə koronavirusa 20-yə yaxın yoluxma halı qeydə alınıb
29 iyul tarixinə olan məlumata görə, Marneuli bələdiyyəsində koronavirusa 20-yə yaxın yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı Marneuli meri səlahiyyətlərinin icraçısı Zaur Tabatadze verdi və qeyd etdi ki, son dövrdə yoluxma halları artıb, ancaq vəziyyət kritik deyil.

“İndiki mərhələdə Marneuli bələdiyyəsinin ərazisində vəziyyət kritik deyil, yoluxmada artım var. Artım odur ki, dünənki göstəricilərə görə, 20 yoluxma var idi. 140 000 nəfər sakini olan bələdiyyə üçün bu təşviş doğuracaq deyil. Ancaq xoşagəlməz haldır. Çünki əvvəlki dövrdə vəziyyət daha yaxşı idi. Yoluxmanın qarşısının alınması üçün tədbir görmək mütləqdir və maksimum dərəcədə çalışırıq ki, əhaliyə tövsiyələrə əməl etmələri barədə məlumat verək. Marneulidə peyvənd prosesi də davam etdirilir. Çox yer tutulub. Gün ərzində 80-dən 100-ə qədər, yaxud daha çox adam peyvənd olunur. Bu pis deyil, ancaq bu say yenə də artmalıdır”, – Zaur Tabatadze bildirdi.

Kvemo Kartlidə 24 saat ərzində koronavirusa 149, Gürcüstan miqyasında isə 2712 yoluxma halı qeydə alınıb. 1561 nəfər sağalıb, 25 nəfər isə dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google