“Gürcü Arzusu” Kvemo Kartlidə merliyə namizədlərini təqdim edib – SİYAHI
“Gürcü Arzusu” partiyası yerli özünüidarə seçkiləri üçün merliyə namizədlərini təqdim edib. “Gürcü Arzusu”-ndan Rustavidə - Nino Latsabidze, Qardabanidə - Davit Karqareteli, Marneulidə - Kənan Ömərov, Bolnisidə – Davit Şerazadişvili, Dmanisidə - Koba Muradaşvili, Tsalkada – İlia Sabadze, Tetritsğaroda isə Qiorqi Tsiklauri namizəd olacaq.

Qeyd edək ki, Marneuli merliyinə namizədin kimliyi dünən, 29 iyul tarixində məlum olub. Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı “Gürcü Arzusu”-nun Marneuli Rayon Təşkilatının qarşısında çəkilmiş foto paylaşıb və yazıb ki, Kənan Ömərov merliyə namizəddir.

Ömərov Marneuli merinin müavinidir. O, müavinliyə qədər Marneuli Təhsil Resurs Mərkəzinə rəhbərlik edirdi.

“Gürcü Arzusu” başqa bələdiyyələrdən də namizədlərini təqdim eidb:
  • Telavi – Levan Andriaşvili
  • Axmeta – Aleksi Pitsxelauri
  • Ğvareli – Qivi Zautaşvili
  • Laqodexi – Condo Mdivnişvili
  • Qurcaani – Zurab Utiaşvili
  • Saqareco – Avtandil Qulikaşvili
  • Siğnaği – Malxaz Beqiaşvili
  • Dedoplistsğaro – Nikoloz Caniaşvili
  • Qori – Vladimer Xinçekaşvili
  • Kaspi – Vaxtanq Maisuradze
  • Kareli – Zaza Quliaşvili
  • Xaşuri – Tenqiz Çitiaşvili
  • Axaltsixe – İrakli Lazaraşvili
  • Aspindza – Rostom Maqrakvelidze
  • Borcomi – Otar Arbolişvili
  • Adiqeni – Qoça Kimadze
  • Axalkalaki – Melkon Makaryan
  • Ninotsminda – Anivard Mosoyan
  • Mtsxeta – Dimitri Zurabişvili
  • Duşeti – Manana Narimanidze
  • Tianeti – Levan Tsiklauri
  • Kazbeki – Şalva Eloşvili
  • Kutaisi – İoseb Xaxaleişvili
  • Bağdati – Kaxa Enukidze
  • Çiatura – Qivi Modebadze
  • Tğsğaltubo - Qenadi Balaçivadze
  • Saçxere – Levan İvanişvili
  • Samtredia – Davit Baxtadze
  • Tercola – Laşa Qoqiaşvili
  • Tkibuli – Davit Çerkezişvili
  • Vani – Aleksandre Qoqorişvili
  • Xaraqauli - Koba Lursmanaşvili
  • Xoni – Lado Curxadze
  • Zestafoni – Vasil Qvelesiani
  • Ambrolauri – Laşa Çiçinadze
  • Oni – Serqo Xidaşeli
  • Tsaqeri – Qiorqi Nemsadze
  • Lentexi – Qiorqi Oniani
  • Zuqdidi – Mamuka Tsotseria
  • Tsalencixa – Qoqa Qulordava
  • Çxorotsğu – Dato Qoqua
  • Xobi – Davit Bukia
  • Senaki – Vaxtanq Qadelia
  • Martvili – Tronike Canaşia
  • Poti – Beka Vaçaradze
  • Abaşa – Qiqa Qabelaia
  • Mestia – Kapiton Jorjoliani
  • Ozurgeti – Avtandil Talakvadze
  • Lançxuti – Aleksandre Sarişvili
  • Çoxatauri – Davit Şaraşenidze
  • Batumi – Arçil Çikovani
  • Kobuleti – Levan Zoidze
  • Xelvaçauri – Zaza Diasamidze
  • Keda – Roland Beridze
  • Şuaxevi – Omar Tikadze
  • Xulo – Vaxtanq Beridze
Gürcüstanda yerli özünüidarə seçkiləri 2021-ci ilin 2 oktyabr tarixində keçiriləcək.

Print Email
FaceBook Twitter Google