Gürcüstanda daha 33 nəfər koronavirusdan dünyasını dəyişib
Gürcüstanda son sutkada koronavirus 2 654 yeni yoluxma faktı qeydə
alınıb, 1 319 nəfər müalicə olunaraq sağalıb, 33 pasiyent vəfat
edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Hazırkı dövrədək ölkədə COVID-19-a 422 188 nəfərin yoluxduğu
müəyyən edilib. Onların 384 712-si sağalıb, 5 853-ü ölüb.
Bu günə olan aktiv xəstə sayı 31 597 nəfər təşkil edir.