Gürcüstanda daha 33 nəfər koronavirusdan dünyasını dəyişib
Gürcüstanda son sutkada koronavirus 2 654 yeni yoluxma faktı qeydə alınıb, 1 319 nəfər müalicə olunaraq sağalıb, 33 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19-a 422 188 nəfərin yoluxduğu müəyyən edilib. Onların 384 712-si sağalıb, 5 853-ü ölüb.

Bu günə olan aktiv xəstə sayı 31 597 nəfər təşkil edir.
Print