Gürcüstanda bir gün əvvəl itkin düşmüş Avstraliya vətəndaşı Şanay
Brukun meyiti tapılıb.
Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Əcnəbi qadının hansı şəraitdə ölməsi ilə bağlı məlumat
açıqlanmayıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı istintaqın
başladığını bildirib.
Qeyd edək ki, Sanay Brukun sosial şəbəkədə itkin düşməsi ilə bağlı
məlumatı dostu yayıb. Dediyinə görə, Bruk cümə günü axşam onunla
telefonla danışanda Tiflisdəki Mtatsminda Parkında olub. Telefonla
danışan zaman hücuma məruz qalan Bruk kömək istəyib.
Mənbə: apa.az