Gürcü Arzusunun bu addımı qorxunun nəticəsidir - Qaxariya
Gürcü Arzusu Partiyasının müxalifətlə razılaşmadan çıxması qorxunun nəticəsidir.

Bunu Gürcüstanın keçmiş baş naziri Qeorqi Qaxariya deyib.

“Qiymətləndirmələr fərqli ola bilər. Mənim üçün bu, qorxu ifadəsidir. Artıq aydın olur ki, hakim qüvvə ölkədəki cari çağırışlara cavab verməkdə çətinlik çəkir. Bu, əhvalda da, bizim vətəndaşların qərarlarında da əks olunur. Ən pisi odur ki, hakim partiya hər şeyi hakimiyyətin saxlanılması üçün edir. Bu məndə böyük təəssüf yaradır", – deyə o bildirib.

Mənbə: axar.az
Print Email
FaceBook Twitter Google