"Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında
yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək
rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən
Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə
tutub."
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki
yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin nəzarəti altındadır.
Mənbə: report.az