Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri
İraki Qaribaşvili arasında telefon danışığı olub.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri,
regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili
Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan
isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə
Qaribaşviliyə təşəkkür edib.
Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da
genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın
açarı olaraq gördüyünü vurğulayıb.
Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və
təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini
xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla
həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini
liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.
Mənbə: report.az