Naməlum şəxslər Gürcüstanın Kiyevdəki səfirliyinin xidməti
avtomobilini yandırıblar.
Bu barədə xarici mətbuat xəbər verir.
Qeyd edilir ki, hadisə avqustun 1-ə keçən gecə qeydə alınıb.
"Avqustun 1-də, gecə Kiyevdə naməlum şəxslər Gürcüstanın
Ukraynadakı səfirliyinin xidməti avtomobilini yandırıblar. Hadisə
paytaxtın Peçersk rayonunda çoxmərtəbəli yaşayış binasının
yaxınlığında baş verib. Alov yanğının başlamasından 15 dəqiqə sonra
söndürülüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobilə qismən ziyan dəyib",- xəbərdə deyilir.
Mənbə: report.az