Ermənistanın yeni parlamenti sonuncu növbədənkənar seçkilərdən
sonra bu gün ilk iclasını keçirəcək.
Deputatlar qanunverici orqanın sədrini, vitse-spikerləri və daimi
komissiyaların sədrlərini seçəcəklər.
Ermənistan mediasının yaydığı xəbərə görə, ölkədəki siyasi böhranın
səbəb olduğu seçkilərin nəticələrinə əsasən, baş nazir vəzifəsini
müvəqqəti icra edən Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi"
partiyası müstəqil hökumət qurmağa imkan verən 101 mandatdan 71-ni
qazanıb. Paşinyanın partiyanın üzvləri tərəfindən Nazirlər
Kabinetinin rəhbəri vəzifəsinə yenidən namizəd olacağı
gözlənilir.
Yeni parlamentin spikeri və onun iki müavini də parlament çoxluğunu
təmsil edəcək. Seçki Məcəlləsinə görə, üç vitse-spikerdən biri
müxalifəti təmsil etməlidir. Gözlənildiyi kimi, hazırkı
vitse-spiker Alen Simonyan parlamentin sədri seçiləcək.
Bundan əlavə, ilk iclasda hökumət strukturunun dəyişdirilməsi
haqqında qanun layihəsinin müzakirəsi planlaşdırılır. Lakin hansı
dəyişikliklərin gözlənildiyi hələ məlum deyil.
Mənbə: report.az