“Alov uşaqları” terror təşkilatı Türkiyədə bir neçə gündür davam
edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Terror təşkilatının üzvləri bildiriblər ki, meşə yanğınlarını
onların tərəfdarları törədiblər.
Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh
etməyiblər.
Qeyd edək ki, “Alov uşaqları” terror təşkilatı PKK terror
təşkilatına bağlıdır. Daha əvvəl Türkiyənin ayrı-ayrı mətbu
orqanları meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əli
olması barədə məlumat yayıb. Qeyd edilib ki, Türkiyənin Manisa
əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə
yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.
Mənbə: report.az