Türkiyənin Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca ölkədə meşə
yanğınları nəticəsində ölənlərin sayının 8-ə, yaralıların sayının
isə 864 nəfərə yüksəldiyini xəbər verib.
Nazir bu barədə sosial şəbəkədə bildirib.
"Manavqatda (Antalya vilayəti) yanğınlar nəticəsində
cəmi 7 itkimiz var. Yanğın zamanı xəsarət alan 507 nəfərdən 497-si
evə buraxıldı. Marmaris və Bodrumda baş verən yanğınlardan zərər
çəkmiş 203 nəfərdən 186-sı evə buraxıldı. Marmarisdə bir ölü var.
Mersində yanğın zamanı xəsarət alan 154 nəfərin hamısı müalicəsi
bitdikdən sonra evə buraxıldı", - deyə Koca
tvitterdəki hesabında yazıb.
Daha əvvəl meşə yanğınlarının 7 qurbanı və 410 nəfərin yaralandığı
bildirilib.
Mənbə: report.az