Gənc futbolçu faciəvi şəkildə həyatını itirib
"Dinamo Batumi" akademiyasının futbolçusu faciəvi şəkildə dünyasını dəyişib.

"İnfo Rustavi"-nin məlumatına görə, 17 yaşlı Dima Şitakaşvili dənizə atılan zaman başını daşa vuraraq dünyasını dəyişib. Hadisə Sarpda baş verib.

Klub futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib:

"Dinamo Batumi, klub akademiyasının futbolçusu-Dima (Karai) Şitakaşvilinin faciəli ölümü ilə əlaqədar dərin kədərini bildirir. Dimanın ailəsinə və dostlarına başsağlığı veririk",
- deyə klubdan bildirilib.


Mənbə: inforustavi.ge
Print