Müxalifət partiyaları Marneulidə birgə mətbuat konfransı keçirdilər (VİDEO)
22:32 / 23.09.2021
Bu gün, 23 sentyabr tarixində "Avropalı Gürcüstan" və "Vahid Milli
Hərəkat" partiyasının nümayəndələri Marneulidə birgə brifinq
keçirdilər.
Keçirilən birifinqdə müxalifət partiyalarının nümayəndələri qeyd
etdilər ki, Kürtlər və Qullar inzibati ərazi vahidliyində tək
"Avropalı Gürcüstan" partiyasının majoritar namizədi olduğuna görə
onu dəstəkləyəcəklər.
Bu barədə mətbuat konfransında merliyə namizədlər Əhməd İmamquliyev
və Eldar Mustafayev məlumat verdi.
Namizədlərin qeyd etdiklərinə görə, "Vahid Milli Hərakat"
partiyasından Kürtlər və Qullar inzibati ərazi vahidliyinə
majoritar namizəd kimi təqdim olunan Qəşəm Qarayev, təzyiqlər
nəticəsində istefa verib. Buna görə də "Vahid Milli Hərakat"
partiyasının üzvləri Kürtlər və Qullar inzibati ərazi vahidliyində
"Avropalı Gürcüstan"-ın namizədini dəstəkləyəcəklərinə qərar
veriblər.
Qeyd edək ki, "Avropalı Gürcüstan" partiyasının Kürtlər və Qullar
inzibati ərazi vahidliyinin majortiar namizədi Qiyas
Məmmədovdur.