Müxalifət partiyaları Marneulidə birgə mətbuat konfransı keçirdilər (VİDEO)
Bu gün, 23 sentyabr tarixində "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri Marneulidə birgə brifinq keçirdilər. Keçirilən birifinqdə müxalifət partiyalarının nümayəndələri qeyd etdilər ki, Kürtlər və Qullar inzibati ərazi vahidliyində tək "Avropalı Gürcüstan" partiyasının majoritar namizədi olduğuna görə onu dəstəkləyəcəklər.

Bu barədə mətbuat konfransında merliyə namizədlər Əhməd İmamquliyev və Eldar Mustafayev məlumat verdi.

Namizədlərin qeyd etdiklərinə görə, "Vahid Milli Hərakat" partiyasından Kürtlər və Qullar inzibati ərazi vahidliyinə majoritar namizəd kimi təqdim olunan Qəşəm Qarayev, təzyiqlər nəticəsində istefa verib. Buna görə də "Vahid Milli Hərakat" partiyasının üzvləri Kürtlər və Qullar inzibati ərazi vahidliyində "Avropalı Gürcüstan"-ın namizədini dəstəkləyəcəklərinə qərar veriblər.

Qeyd edək ki, "Avropalı Gürcüstan" partiyasının Kürtlər və Qullar inzibati ərazi vahidliyinin majortiar namizədi Qiyas Məmmədovdur.




"Marneuli" Radiosu
Print