"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik
şəbəkəsinin planlı bərpa işlərinə görə, 24 sentyabr tarixində
Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr
yaranacaq.
Şirkətdən verilən məlumata görə, bu gün saat 15:00-dan 16:00-a kimi
Marneuli bələdiyyəsinin Dəmiyə, Yuxarı Saral, Kirovka,
Dəmiyə Görarxı, Axlı-Lələ və ətraf kəndlərdə elektrik
enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi
bərpa olunacaq və həmişəki rejimdə veriləcək.
Mənbə: tv4.ge