Tianetidə cinayəti törədən şəxs saxlanılıb. Daxili İşlər
Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları
tərəfindən
1995-ci il təvəllüdlü B.X. qəsdən adam öldürmək ittihamı ilə həbs
edilib.
Qurumdan verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki,
mübahisə zəminində 1959-cu il təvəllüdlü K.Ç.-ya bıçaqla xəsarət
yetirib. Yaralanan şəxs yerindəcə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin silahını - sübut
kimi bıçağı götürüblər.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam
öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparılır.
Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə
tutulur.