Prokurorluq saxlanılan şəxsi Dmanisi rayonu, Qantiadi kəndində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edib
Gürcüstan Prokurorluğu D.D-ni Dmanisi rayonunun Qantiadi kəndində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edib.

Prokurorluqdan verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21 -də Dmanisi rayonunun Qantiadi kəndində baş verən münaqişə zamanı D.D bıçaqdan istifadə edərək siyasi zəmində M.O və Ş.S-nı yaralayıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfində D.D. 22 sentyabr 2021-ci ildə həbs edilib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 9 ildən 13 ilədək həbs cəzasını nəzərdə tutan 117-ci maddəsinin 7-ci hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.

Prokurorluq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri kimi istifadə etmək üçün qanunla müəyyən edilmiş müddət ərzində Bolnisi Rayon Məhkəməsinə müraciət edəcək. Cinayət işi araşdırılır ”,
- deyə prokurorluğun açıqlamasında bildirilib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google