Tianetidə bir kişi qətlə yetirilib
Tianetidə 70 yaşlı kişi qətlə yetirilib. Yaşlı kişi soyuq silahla yaralanıb. O, Aşağı Alvani kəndinin sakinidir və Tianetidə çoban işləyib. Təqsirləndirilən şəxsin də Aşağı Alvani kəndindən olduğu ehtimal edilir.

Versiyalardan birinə görə, hadisədən əvvəl tərəflər arasında sözlü qarşıdurma olub və bundan sonra gənc kəndlisini ölümcül yaralayıb. Yerli sakinlər cinayəti törədən şəxsin psixoloji problemləri olduğunu deyiblər və o polis tərəfindən artıq saxlanılıb.

Mənbə: İnterPressNews
Print