Tbilisidə polis külli miqdarda narkotik ələ keçirib - 1 nəfər saxlanılıb
Tbilisi Polis İdarəsinin "Köhnə Tbilisi" Baş Bölməsinin əməkdaşları tərəfindən, axtarış və istintaq tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü M.P Tiflisdə saxlanılıb. O, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq alınması və saxlanmasında ittiham olunur.

Törədilmiş cinayətə görə, 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Saxlanılan şəxsin yaşayış evinə baxış zamanı polis sübut kimi 164 qram heroin və 83 qram amfetamin götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "d" və "e" bəndləri, eyni zamanda eyni maddənin 6-cı hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.


Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google