Tbilisidə polis külli miqdarda narkotik ələ keçirib - 1 nəfər saxlanılıb
11:00 / 24.09.2021
Tbilisi Polis İdarəsinin "Köhnə Tbilisi" Baş Bölməsinin əməkdaşları
tərəfindən, axtarış və istintaq tədbirləri nəticəsində 1981-ci il
təvəllüdlü M.P Tiflisdə saxlanılıb.
O, xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq
alınması və saxlanmasında ittiham olunur.
Törədilmiş cinayətə görə, 8 ildən 20 ilədək və ya ömürlük həbs
cəzası nəzərdə tutulur.
Saxlanılan şəxsin yaşayış evinə baxış zamanı polis sübut kimi 164
qram heroin və 83 qram amfetamin götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü
hissəsinin "d" və "e" bəndləri, eyni zamanda eyni maddənin 6-cı
hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.