Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda elektrik
enerjisinin ixracı 971,9 milyon kVt/st olmaqla, 2020-ci ilin
müvafiq dövrü ilə müqayisədə 142,2 milyon kVt/st artıb.
Bu barədə Azərbaycan Energetika Nazirliyinin yanvar-avqust ayları
üzrə Azərbaycanda elektrik enerjisinə dair operativ məlumatlarında
bildirilir.
Məlumata görə, İrana 238,9 milyon kVt/st, Türkiyəyə 164,1 milyon
kVt/st, Rusiyaya 63,7 milyon kVt/st, Gürcüstana isə 505,2 milyon
kVt/st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 110,6 milyon kVt/st olmaqla,
ötən ilin müvafiq dövrünə nisbətən 15,9 milyon kVt/st artıb.
İrandan 22,4 milyon kVt/st, Rusiyadan 63,5 milyon kVt/st,
Gürcüstandan isə 24,7 milyon kVt/st elektrik enerjisi idxal
edilib.
Mənbə: report.az