Sentyabrın 27-dək Gürcüstanda temperatur 25 dərəcəyə qədər yüksələcək
Sentyabrın 24-də Gürcüstanda nisbətən soyuq və yağışlı hava şəraiti davam edəcək. Aran rayonlarında və ovalıqlarda havanın temperaturu +13, +18 dərəcə olacaq.

Sentyabrın 25-26-da temperatur +17, +22 dərəcəyə qədər yüksələcək və arabir yağış yağacaq.

Sinoptiklər 27 sentyabrda havanın açılacağını proqnozlaşdırırlar. Onların sözlərinə görə, ölkədə temperatur +20, +25 dərəcəyə qədər yüksələcək.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 24-də Tbilisidə buludlu və yağışlı hava şəraiti olacaq. Havanın temperaturu 15, +17 dərəcə olacaq, sentyabrın 25-27-də hava nisbətən açılacaq və +21, +23 dərəcəyə qədər istiləşəcək.

Print Email
FaceBook Twitter Google