Sentyabrın 24-də Gürcüstanda nisbətən soyuq və yağışlı hava şəraiti
davam edəcək.
Aran rayonlarında və ovalıqlarda havanın temperaturu +13, +18
dərəcə olacaq.
Sentyabrın 25-26-da temperatur +17, +22 dərəcəyə qədər yüksələcək
və arabir yağış yağacaq.
Sinoptiklər 27 sentyabrda havanın açılacağını proqnozlaşdırırlar.
Onların sözlərinə görə, ölkədə temperatur +20, +25 dərəcəyə qədər
yüksələcək.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 24-də
Tbilisidə buludlu və yağışlı hava şəraiti olacaq. Havanın
temperaturu 15, +17 dərəcə olacaq, sentyabrın 25-27-də hava
nisbətən açılacaq və +21, +23 dərəcəyə qədər istiləşəcək.