Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Facebook-da daha
bir yeni açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Konqresində və Senatında keçirilən
görüşlərdə hamı Gürcüstanda demokratiyanın təhdid edilməsindən
danışıb.
"Bəzən deyirlər ki, Amerikalılar sanksiyalar tətbiq
etməsə, heç bir şey dəyişməyəcək, Mişa gəlməsə heç bir şey
dəyişməyəcək. Əlbəttə ki, mən dediyim sözü həyata keçirəcəm. Ancaq,
biz əl-ələ verməsək heçnə dəyişməyəcək. Mişanın iki əli, iki ayağı
və bir ağzı var. Əgər Gürcüstan xalqı əlini tərpətməsə, Mişa belə
bir şey edə bilməyəcək. Bütün bunların öz məntiqi var. Buna görə də
bizim hərəkətə keçməyimiz üçün, bir neçə günümüz
qalıb", - deyə Saakaşvili bildirib.