Özünütəcrid rejimində olan şəxlər səyyar seçki qutusundan istifadə edə biləcəklər-MSK
Özünü təcrid edən seçicilər 2 oktyabr seçkilərinə səyyar seçki qutusu vasitəsilə qatılacaqlar. Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, səyyar seçki qutusundan istifadə etmək üçün seçicilər sentyabrın 25-dən sentyabrın 27-dək, saat 10:00 -dan 22:00-dək MSK Məlumat Mərkəzinə 2 51 00 51 (daxili nömrə 0) zəng etməlidirlər.
MSK-dan verilən məlumata görə, seçki qutusundan məlumatları müvafiq qurumların məlumat bazasında rəsmi qeydiyyata alınmış şəxslər istifadə edə bilərlər.

Səyyar qutularda səsvermə proseduru səsvermə günü 08:00-da başlayacaq və 20:00-da başa çatacaq.

Gürcüstan hökumətinin məlumatına görə, 24 sentyabr tarixinə 19 039 nəfər koronavirus məhdudiyyəti səbəbindən özünü təcrid edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google