Özünü təcrid edən seçicilər 2 oktyabr seçkilərinə səyyar seçki
qutusu vasitəsilə qatılacaqlar.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, səyyar seçki
qutusundan istifadə etmək üçün seçicilər sentyabrın 25-dən
sentyabrın 27-dək, saat 10:00 -dan 22:00-dək MSK Məlumat Mərkəzinə
2 51 00 51 (daxili nömrə 0) zəng etməlidirlər.
MSK-dan verilən məlumata görə, seçki qutusundan məlumatları müvafiq
qurumların məlumat bazasında rəsmi qeydiyyata alınmış şəxslər
istifadə edə bilərlər.
Səyyar qutularda səsvermə proseduru səsvermə günü 08:00-da
başlayacaq və 20:00-da başa çatacaq.
Gürcüstan hökumətinin məlumatına görə, 24 sentyabr tarixinə 19 039
nəfər koronavirus məhdudiyyəti səbəbindən özünü təcrid edib.