Rustavi-Tbilisi maqistral yolunda qəza [video]
Rustavi-Tbilisi avtomobil yolunda qəza baş verib.

"İnfo Rustavi"-nin məlumatına görə, maqistral yolunun Tbilisi hissəsində "Mercedes" və "Ford" markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobus sürüşüb və yoldan çıxaraq aşıb.

Hadisə yerinə təcili yardım, xilasetmə və patrul polis qrupları səfərbər edilib.

Qəza nəticəsində xəsarət alanlar ən yaxın tibb müəssisəsinə çatdırılıb.


Print Email
FaceBook Twitter Google