Rustavi-Tbilisi maqistral yolunda baş verən avtomobil qəzası nəticəsində bir nəfər dünyasını dəyişib
Rustavi-Tbilisi maqistral yolunda baş verən yol qəzası nəticəsində bir gənc həyatını itirib.

"TV4"-ün məlumatına görə, avtomobil yolu keçərək "SOCAR" pankartına çırpılıb.

Qəza zamanı avtomobildə iki nəfər olub.

Sürücünün yanında əyləşən gənc hadisə yerində dünyasını dəyişib, sürücü çoxsaylı bədən xəsarətləri alaraq "Rustavi" klinikasına yerləşdirilib.

Hadisə yerinə patrul və kriminal polis qrupları cəlb edilib.

Mənbə: tv4.ge
Print