Gürcüstan BMT tribunasından Cənubi Qafqazda sülh təşəbbüsü irəli sürüb
Gürcüstan Cənubi Qafqazda sabitliyin təşviqi üçün Dinc Qonşuluq Təşəbbüsü irəli sürüb.

Bu təkliflə ölkənin Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən ümumi müzakirələrdə çıxış edib.

Onun sözlərinə görə, bu format dialoqa və etimadın möhkəmləndirilməsinə kömək edəcək, ABŞ və Avropa İttifaqı ilə ümumi maraq kəsb edən regional məsələlərin praktiki həllinin həyata keçirilməsinə gətirib çıxaracaq:

“Gürcüstan Cənubi Qafqazdakı qonşularımız və qardaşlarımız, beynəlxalq tərəfdaşların cəlb olunması ilə Dinc Qonşuluq Təşəbbüsünün perspektivlərinin müzakirəsi üçün Tbilisidə beynəlxalq tədbir keçirməyə hazırdır. Gəlin, etimadın qurulmasına bir neçə kiçik addımlarla başlayaq, daha sonra biz digər regional və qlobal məsələlərin birgə həllinə keçə bilərik”.

İ.Qaribaşvili qeyd edib ki, Cənubi Qafqazda dayanqılı sülh və ümumi strateji perspektivlər Qara dəniz bölgəsinə daha geniş fayda gətirəcək, həmçinin Avropa və qlobal təhlükəsizliyi gücləndirəcək.

Mənbə: report.az
Print