“BMT tribunasından Cənubi Qafqazda dinc və mehriban
qonşuluq təşəbbüsünün səsləndirilməsi əlamətdar
hadisədir”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Baş nazir
İrakli Qaribaşvilinin BMT Baş Assambleyasının 76-cı sessiyasında
səsləndirdiyi sülh təşəbbüsünü şərh edərkən deyib.
Onun sözlərinə görə, son dərəcə vacib təşəbbüsün əsas məqsədi
Tbilisini Cənubi Qafqazda dialoq meydanına çevirməkdən ibarətdir:
“Bu təşəbbüs Gürcüstan hökuməti və Baş nazirə
məxsusdur. Hökumət başçısının iştirakı ilə bölgədə baş tutmuş
vasitəçilik gələcəkdə də bu təşəbbüs çərçivəsində davam
etdiriləcək. Biz Tbilisidə Cənubi Qafqaz ölkələri və beynəlxalq
tərəfdaşların iştirakı ilə iqtisadi əməkdaşlıq, infrastruktur,
nəqliyyat və logistika layihələri, millətlərarası əlaqələrin
möhkəmləndirilməsi üzrə konkret təşəbbüslərin müzakirə olunacağı
beynəlxalq toplantı təşkil etmək istəyirik”.
XİN başçısı bildirib ki, bölgədə dialoq və sülh təşəbbüslərini ilk
növbədə Cənubi Qafqaz ölkələri dəstəkləməlidir: “Biz əlbəttə ki,
regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlı olan
beynəlxalq tərəfdaşlar, Avropa İttifaqı, ABŞ və əsas beynəlxalq
təşkilatların təşəbbüsə qoşulaşacaqlarına ümid edirik”.
D.Zalkaliani Gürcüstanın yeni təşəbbüsünün konkret nəticələr
verəcəyinə əminlik ifadə edib.
Mənbə: report.az