Marneulidə yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib
Marneuli rayonunda yeniyetmə və gənclər arasında şahmat turniri keçirilib.

Hər il sentyabrın 23-dən 30-dək Gürcüstanda Avropa İdman Həftəsi keçirilir. Turnir də məhz “Avropa İdman Həftəsi -2021” çərçivəsində baş tutub.

Turnirdə 18 gənc və yeniyetmə iştirak edib.

Sonda qaliblər mükafatlandırılıblar.

Azərbaycanlı gənc idmançılar Rəvan Abdullayev I, Turan Həsənov II, Mehdi Gərəkməzli III-cü yerə layiq görülüblər.

Digər fərqlənən idmançılara da xatirə hədiyyələri təqdim olunub.

Mənbə: azertac.az
Print