"Mtavari Arxi" telekanalının sifarişi ilə keçirilən sorğunun
nəticələrinə görə, Tbilisi mer seçkilərinin taleyi ikinci turda
həll olunacaq.
Sabah yerli seçkilər keçirilsə idi, hansı Tbilisi merinin
namizədinə səs verərdiniz? - "İPSOS" tərəfindən həyata keçirilən
sorğunun nəticələri belədir:
Kaxi Kaladze - 41%
Nika Melia - 36%
Qiorqi Qaxaria - 13%
Ana Dolidze - 4%
Ana Bibilaşvili - 2%
Digər namizədlər - 4%.
Araşdırma "Mtavari Arxı" telekanalı tərəfindən sifariş edilib.
Telekanalın məlumatına görə, 21-25 sentyabr tarixləri arasında
üzbə-üz təsadüfi seçilmiş 1 500 respondentdən müsahibə alınıb.
Sorğunun yanılma payı 3%-dir.