"Vətən müharibəsi günlərində Gürcüstan Azərbaycana
rəğbət və mənəvi dəstək nümayiş etdirib".
Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar
Bayramov Anım Gününə həsr olunan mərasimdə çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycanın zəfər yolunda qazanılan təcrübəsi
Gürcüstan dövləti və cəmiyyəti üçün əhəmiyyət kəsb edir.
Diplomat müharibənin gedişi zamanı həqiqətləri ölkə ictimaiyyətinə
çatdıran və işğaldan azad olunan rayonlara səfər edən gürcü
jurnalist və ekspertlərə minnətdarlıq bildirib. O, Gürcüstanın
mətbuat nümayəndələri və ziyalılara həmrəyliyə görə təşəkkür
edib.
E.Bayramov qeyd edib ki, Azərbaycanın işğala son qoyması bölgədə
yeni reallıqlar yaranıb və bütün dünya bununla hesablaşmalıdır:
"Cənubi Qafqazda sülh və dinc şəraitdə birgə yaşayışa
alternativ yoxdur".
Mənbə:
report.az