Gürcüstanın da Azərbaycan kimi ərazi bütövlüyünü bərpa edəcəyinə ümidliyəm – Zura Batiaşvili
"Azərbaycan siyasi və iqtisadi baxımdan güclü dövlətdir. Hazırda işğaldan azad olunan rayonlarda böyük bərpa işləri aparılır".

Bunu bu yaxınlarda Qarabağa səfər etmiş ekspert Zura Batiaşvili Azərbaycan səfirliyində Anım Gününə həsr olunan mərasimdə çıxışında deyib.

O, bundan sonra Azərbaycanda əmin-amanlıq və sülhün hökm sürəcəyinə ümidvar olduğunu qeyd edib: "Bu gün Abxaziyada həlak olanların da xatirəsi anılır. Ümid edirəm ki, Gürcüstan da ərazi bütövlüyünü bərpa edəcək".

Qarabağda səfərdə olan "Mtavari arxi" telekanalının operatoru Levan Kalandia da çıxış edərək təəssüratlarını bölüşüb: "Bu gün biz Suxuminin süqut gününü yad edirik. Ümid edirəm ki, tezliklə Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünü bərpa edəcək və qələbə qazanacaq".

Mənbə: report.az
Print