"Mtavari Arxi" telekanalının sifarişi ilə "İPSOS" tərəfindən həyata
keçirilən yerli seçkilərlə bağlı sorğunun nəticələri dərc edilib.
Sabah yerli seçkilər keçirilsə idi hansı partiyaya səs verərdiniz?
- Kanaldan verilən məlumata görə görə, sorğunun nəticələri
belədir:
"Gürcü Arzusu"- 35%
"Milli Hərəkat" - 30%
Qaxaria "Gürcüstan Naminə" - 9%
"Avropalı Gürcüstan" - 4%
"Xalq üçün" - 4%
"Lelo" - 3%
"Üçüncü qüvvə" - 3%
"İşçi Partiyası" - 3%
"Qirçi - Daha çox Azadlıq" - 2%
"Vətənpərvərlər İttifaqı" - 2%
"Vaxt" - 1%
"Vətəndaşlar" - 1%
Digər partiyalar - 3%
Sorğu sözügedən telekanalın sifarişi ilə "İPSOS" tərəfindən 21-25
sentyabr tarixləri arasında üzbə-üz təsadüfi seçilmiş 1 500
respondentdən müsahibə alınıb. Sorğunun xəta payı 3%-dir.