"Gürcü Arzusu"- 35%, "VMH" - 30%, Qaxariyanın Partiyası - 9% - "Mtavari Arxi" telekanalının sifarişi ilə keçirilən sorğu
"Mtavari Arxi" telekanalının sifarişi ilə "İPSOS" tərəfindən həyata keçirilən yerli seçkilərlə bağlı sorğunun nəticələri dərc edilib.

Sabah yerli seçkilər keçirilsə idi hansı partiyaya səs verərdiniz? - Kanaldan verilən məlumata görə görə, sorğunun nəticələri belədir:

"Gürcü Arzusu"- 35%

"Milli Hərəkat" - 30%

Qaxaria "Gürcüstan Naminə" - 9%

"Avropalı Gürcüstan" - 4%

"Xalq üçün" - 4%

"Lelo" - 3%

"Üçüncü qüvvə" - 3%

"İşçi Partiyası" - 3%

"Qirçi - Daha çox Azadlıq" - 2%

"Vətənpərvərlər İttifaqı" - 2%

"Vaxt" - 1%

"Vətəndaşlar" - 1%

Digər partiyalar - 3%


Sorğu sözügedən telekanalın sifarişi ilə "İPSOS" tərəfindən 21-25 sentyabr tarixləri arasında üzbə-üz təsadüfi seçilmiş 1 500 respondentdən müsahibə alınıb. Sorğunun xəta payı 3%-dir.

Mənbə: Netgazeti
Print