Qəhrəmanlar Meydanında keçirilən etiraz aksiyası zamanı bir nəfər saxlanılıb
Tbilisidə Qəhrəmanlar abidəsi yaxınlığında keçirilən etiraz aksiyası zamanı bir nəfər saxlanılıb. "Məcburi köçkünlər naminə" hərəkatının lideri İrakli Torua həbs edilib.

Hərəkat Suxuminin işğalı günü münasibəti ilə bu gün, 27 sentyabrda etiraz mitinqi keçirilib. Baş nazir İrakli Qaribaşvili də daxil olmaqla hökumət üzvləri bu gün abidəyə gəliblər. Etirazçıların əsas tələbi Abxaziya hökumətinin istefası və məcburi köçkünlərə dövlət yardımının artırılmasıdır.

Qarşıdurma polisin etirazçıları yerindən tərpətməyə çalışmasından sonra baş verib.

Daxili İşlər Nazirliyindən "Netqazeti"-yə bildirilib ki , bir nəfər İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə polisə tabe olmamaq ittihamı ilə həbs edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google