Tbilisidə Qəhrəmanlar abidəsi yaxınlığında keçirilən etiraz
aksiyası zamanı bir nəfər saxlanılıb. "Məcburi köçkünlər naminə"
hərəkatının lideri İrakli Torua həbs edilib.
Hərəkat Suxuminin işğalı günü münasibəti ilə bu gün, 27 sentyabrda
etiraz mitinqi keçirilib. Baş nazir İrakli Qaribaşvili də daxil
olmaqla hökumət üzvləri bu gün abidəyə gəliblər. Etirazçıların əsas
tələbi Abxaziya hökumətinin istefası və məcburi köçkünlərə dövlət
yardımının artırılmasıdır.
Qarşıdurma polisin etirazçıları yerindən tərpətməyə çalışmasından
sonra baş verib.
Daxili İşlər Nazirliyindən "Netqazeti"-yə bildirilib ki , bir nəfər
İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə polisə tabe
olmamaq ittihamı ilə həbs edilib.