Daxili İşlər Nazirliyi Kvemo Kartli Polis Şöbəsinin Marneuli Rayon
Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində
oğurluq ittihamı ilə 4 nəfəri saxlayıblar: Keçmişdə oğurluqdan
məhkum olunmuş və hazırda şərti sınaqda olan 1995 -ci il təvəllüdlü
P.O., 1998 -ci il təvəllüdlü İ.İ., 1985 -ci il təvəllüdlü Ş.H. və
1975 -ci il təvəllüdlü P.M.
Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər
Marneuli Bələdiyyəsinin Şulaveri kəndində yaşayan 1950-ci il
təvəllüdlü M.B -nin evinə quldurluq məqsədi ilə qanunsuz daxil
olublar.
Soyğunçular qadını bıçaqla hədələyərək qanunsuz olaraq evdən 1000
lari məbləğində pul və 3000 lari dəyərində qızıl zinət əşyaları və
digər bəzək əşyaları götürüblər, sonra isə hadisə yerindən
qaçıblar.
Əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları
dörd təqsirləndirilən şəxsi saxlayıb.
Polis, soyğunçuluq yolu ilə ələ keçirilən zinət əşyalarının birini
sübut kimi ələ keçirib.
Qrup soyğunçuluğu faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 179 -cu
maddəsi ilə araşdırma aparılır.