"Onlar onlayn dərslərə alışa bilmirlər"
Birinci sinifdən altıncı sinifə qədər şagirdlər məktəblərə getməlidir, onlar onlayn tədrisə alışa bilmirlər - bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri bildirib.

Amiran Qamkrelidzenin sözlərinə görə, bunun üçün mütləq peyvənd olmaq lazımdır.

''Məktəblər oktyabr ayından etibarən açılmalıdır, uşaqların təhsilə ehtiyacı var, birinci və altıncı sinif şagirdləri məktəblərə getməlidir, onlayn təhsilə alışa bilmirlər. Problemlər var, buna görə hamı peyvənd olmalıdır ''
- deyə Qamkrelidze qeyd edib.

Koordinasiya Şurasının qərarına əsasən, dərslər oktyabrın 4-dək Gürcüstanda onlayn olaraq keçiriləcək.

Mənbə: inforustavi.ge
Print