Tsereteli sakinləri kanalizasiya sistemi dəyişdirilənə qədər çirkli sudan istifadə etməli olacaqlar

Marneuli bələdiyyəsinin Tsereteli kəndində içməli su problem bu günə qədər qalmaqdadır. Davit Kveladze təxminən 25 ildir ki, Tsereteli kəndində yaşayır və illərdir suyun keyfiyyətindən danışır.

O, bildirdi ki, krandan içməli su çirkli gəlir və içində xırda qum olur. Buna görə isə ailə tez-tez su nasosunu dəyişməli olur.

 


“Təxminən 25 ildir burada yaşayıram. Bu müddət ərzində kənddə həmişə su problem olub. 2008-ci ildə boruları dəyişdilər və bundan sonra artıq çirkli gəlir. Xlorludur, ancaq qumludur. Bu qabda da görünür. Ötən illərdə içində ot da olurdu. Hətta bir dəfə qurd da görmüşdük. Suyu stəkana süzdükdə, dibinə qum çökür. Bəzən içmək üçün yararsız olur və su almalı oluruq. Içməli su gələn krana nasos və filtrlər qoymuşam. Neçə gündən bir filtrləri təmizləyirəm. çünki qumla dolur. Buna görə, ildə bir neçə dəfə nasosun beyni yanır və dəyişməli oluram. Daha bir problem var. Su qaydaya əsasən həftədə üç dəfə verilir. Ancaq elə günlər olur vermirlər və əhalinin problem yaranır”,
– Davit Kveladze bildirdi.

Marneuli bələdiyyə rəhbərliyi uzunillik problemlər barədə bilir. Marneuli “Kənd Suları” MMC-dən bildirdilər ki, suyun qrafiki yalnız qəzalı vəziyyət olanda qarışır. Qeyd etdilər ki, davamlı şəkildə suyun keyfiyyəti yoxlanılır və baketriyalar yoxdur.

“Suyun keyfiyyətinə gəldikdə, qeyd edim ki, laboratoriya baxımından tez-tez yoxlanılır. Bu gün də gəlmişdilər və müvafiq işlər həyata keçirildi. Ən əsası odur ki, suda bakteriya çöpləri yoxdur. Qum ola bilsin quyudan gedib, ancaq buna da şübhə edirəm. Hələ də su və kanalizasiyalar layihəsinin tikintisi aparılır. Başa çatdıqdan sonra bu problemin həllinə başlanılacaq”, – “Kənd Suları” MMC-dən bildirdilər.

İki ildən artıqdır ki, Marneulidə su təchizatı-kanalizasiyaların tikintisi aparılır. Ancaq layihənin başa çatacağı vaxt məlum deyil.

Nasos stansiyalarının və hovuzların tikintisi, mərkəzi boru sisteminin, yeni kanalizasiya sisteminin quraşdırılması nəzərdə tutulub. Asiya İnkişaf Bankı “Su təchizatı-kanalizasiya sisteminin tikintisi” layihəsinə “Şəhər xidmətinin yaxşılaşdırılmasına sərmayə qoyulması” proqramı çərçivəsində 55 940 022 dollar ayırıb. Tikinti işlərini Azərbaycan şirkəti “Akelik Group” həyata keçirir..

Şəkil və videonun müəllifi: Davit Kveladze

 

 

Print Email
FaceBook Twitter Google