Bələdiyyə Məclisində etnik azlıqların sayının artırılması, ola bilsin, mülki sektorun fəal işləməsi ilə əlaqəlidir – Sosial Ədalət Mərkəzi
Sosial Ədalət Mərkəzi analitik sənəd yayımlayıb. Sənəd Kvemo Kartli və Samtsxe-Cavaxeti regionlarında seçki proseslərinin müşahidəsi əsasında hazırlanıb.

Sosial Ədalət Mərkəzi seçki günü Kvemo Kartlidə və Samtsxe-Cavaxetidə Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Axalkalaki, Ninotsminda bələdiyyələrində işləyirdi.

Kvemo Kartlidə əsas siyasi aktor olaraq, “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”, Samtsxe-Cavaxetinin bələdiyyələrində isə - “Gürcü Arzusu”, “Vahid Milli Hərəkat”, “Avropalı Gürcüstan” və “Qaxaria Gürcüstan naminə” nəzərə çarpırdı. Hər iki regionda “Gürcü Arzusunun” mer vəzifəsinə namizədləri birinci turda qələbə qazandılar. Kvemo Kartlinin qeyd edilən bələdiyyələrində heç bir siyasi partiya 3%-lik barieri aşa bilmədi. Yalnız Dmanisidə “Tərəqqi və Azadlıq” siyasi partiyası bu barieri aşıb və bir nəfər Bələdiyyə Məclisi üzvü keçib. Axalkalakidə “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”-dan əlavə “Avropalı Gürcüstan”, “Lelo” barieri aşıb. Ninotsmindada isə Qaxarianın partiyası və “Avropalı Gürcüstan” barieri keçib. Hər bir bələdiyyədə seçkilərin ilkin nəticələrinə görə, Bələdiyyə Məclisinin etnik göstəricisi belədir:

Marneuli Bələdiyyə Məclisi: 21 qeyri-dominant etnik qrup nümayəndəsi və 12 dominant qrup nümayəndə. (Azlıqların iştirakı 4 nümayəndə ilə artıb).

Sosial Ədalət Mərkəzi hesab edir ki, Marneuli Bələdiyyə Məclisində azlıqların sayının artırılmasının səbəblərindən biri, ola bilsin, yerli fəalların və mülki təşkilatların fəal olması, tənqid idi. Həmçinin, Bələdiyyə Məclisində etnik azlıq nümayəndəsi olan qadınların təmsil edilməsi də artırılıb və əgər 2017-ci ilin Marneuli Bələdiyyə Məclisində heç bir azlıq nümayəndəsi olan qadın yox idisə, 2021-ci il seçkilərindən sonra Marneuli Bələdiyyə Məclisində etnik azlıq nümayəndəsi olan 5 qadın olacaq.

“Ümumi tendensiyaya baxmayaraq bizim müşahidəmizə görə, Kvemo Kartli və Samtsxe-Cavaxetidə siyasi proseslər, seçicilərin davranışı eyni olmayıb. Kvemo Kartlidə, mövcud gərgin vəziyyətə baxmayaraq, siyasi proseslər daha dinamikdir. Bu regionda müxalifət nisbətən, artıq və uzunmüddətli təmsil olunur və dəstəklənir. Digər tərəfdən isə Samtsxe-Cavaxeti regionunda siyasi proseslər zəifdir, fəal deyil. Həmçinin, Samtsxe-Caxaveti Kvemo Kartli ilə müqayisədə vətəndaş fəallığı baxımından çox zəifdir və Cavaxetidə yerli aktivst qruplar, özünütəşkiletmə təcrübəsi və icma liderləri əsasən görünməz olaraq qalırlar”, – Sosial Ədalət Mərkəzi yazır.

Sosial Ədalət Mərkəzi hesab edir: Etnik azlıqların məskunlaşdığı regionlarda demorkatik iştirak və qoşulma üçün real şərait yaradılması mühümdür. Hakim siyasi partiyalar bu regionların və xalqın siyasi alətə çevrilməsindən imtina etsinlər. Siyasi alətə çevirmək bu regionların geridə qalmasının və nəzarətin mərkəsi siyasi səbəbi olaraq qalır. Siyasi partiyaların bu regionlarda seçki maraqlarından transformasiya maraqlarının təsis edilməsinə keçməsi çox mühümdür. Onlara inteqrasiya və sosial dəyişikliklər üçün yerində daha ciddi və gündəlik siyasi fəaliyyətin əhəmiyyəti barədə məlumat versinlər.

Print Email
FaceBook Twitter Google