Marneuli Uşaq Bağçalarında ət yalnız menyudadır
“Bu gün menyuda kiftə var idi və yoxdur”, “işləyəndən ümumiyyətlə, bağçaya ət gətirilməyib”, “menyunu və pozuntuları heç soruşmayın”, “səhər sıyığının menyusunu da azaldıblar”, – bu şərhləri Marneuli uşaq bağçalarının pedaqoqları edirlər və bildirirlər ki, 2021-2022-ci tədris prosesi yeniləndikdən sonra bağçada ətdən heç nə hazırlanmayıb.

Marneulili valideyn, Nona Samxaradze 13 oktyabr tarixində, Facebookda paylaşım edib. Bağçada işləyən dayələr paylaşımla əlaqədar, şəxsi mesaj vasitəsilə bağçalardakı qeyri-müvafiq qida rasionu barədə yazıblar. Əsəbləşmiş valideyn yardım tələbi ilə hüquq-müdafiə təşkilatlarının nümayəndələrinə müraciət edib.

Bu problemlə bağlı “Marneuli” radiosuna da yazıblar. Pedaqoqlar bizdən xahiş etdi ki, onların adını heç yerdə səsləndirməyək və gizliliyi qoruyaq. Bağçalardan birinin müəllimi bildirdi ki, hər gün, bağçadakı menyu siyahlya uyğun olmur və uşaqlara az yemək verilir.

“Bir neçə gün əvvəl divara vurmuşduq ki, rasionda kiftə olmalı idi. Real olaraq isə şorba yedizdirdik, kartof da normal deyildi”, – pedaqoqlardan biri bildirdi.

Marneulinin Uşaq Bağçaları Birliyindən bu faktı baş tutmayan tenderlə izah edirlər. Tenderlər saytında daxil olduqda birliyin elan etdiyi 3 uğursuz tenderlə qarşılaşdıq. Marneuli meriyasının balansında olan “MMC”, 21 iyul, 6 sentyabr və 21 sentyabr tarixində, mal əti və toyuq filesi almağa cəhd edib. Ancaq heç bir şirkət tenderdə iştirak etməyib.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov vəd verir ki, gələn həftədən vəziyyət düzələcək. O, qeyd etdi ki, əti təcili surətdə alacaqlar.

“Gələcəkdə heç bir problem olmayacaq. Təcili alqı-satqı edəcəyik. Menyu qanun və qaydalara uyğun olaraq təsdiqlənib. 10 günlük menyu bütün bağçalar üçün universaldır. Ancaq hansısa manyu olan zaman biz həmin menyunu vermirik və gələcək menyunu yapışdırırlar. İndi problem həll olunduqdan sonra heç bir problem olmayacaq”, – Kərəmov bildirdi.

Marneuli Uşaq Bağçaları Birliyindən bildirdilər ki, bələdiyyədə fəaliyyət göstərən 11 uşaq bağçasına, 18 oktyabr tarixində təcili surətdə ət alınaraq, bağçalara veriləcək.

Qurumun təcili qaydada alqı-satqı mexanizmindən indiyə qədər niyə istifadə etmədiyi məlum deyil.

224 kiloqram sümüklü mal ətinin, 672 kiloqram yumşaq ətin və 672 kiloqra toyuq filesinin alınması planlaşdırılır.

Print Email
FaceBook Twitter Google