“Bu gün menyuda kiftə var idi və yoxdur”, “işləyəndən
ümumiyyətlə, bağçaya ət gətirilməyib”, “menyunu və pozuntuları heç
soruşmayın”, “səhər sıyığının menyusunu da
azaldıblar”, – bu şərhləri Marneuli uşaq bağçalarının
pedaqoqları edirlər və bildirirlər ki, 2021-2022-ci tədris prosesi
yeniləndikdən sonra bağçada ətdən heç nə hazırlanmayıb.
Marneulili valideyn, Nona Samxaradze 13 oktyabr tarixində,
Facebookda paylaşım edib. Bağçada işləyən dayələr paylaşımla
əlaqədar, şəxsi mesaj vasitəsilə bağçalardakı qeyri-müvafiq qida
rasionu barədə yazıblar. Əsəbləşmiş valideyn yardım tələbi ilə
hüquq-müdafiə təşkilatlarının nümayəndələrinə müraciət edib.
Bu problemlə bağlı “Marneuli” radiosuna da yazıblar. Pedaqoqlar
bizdən xahiş etdi ki, onların adını heç yerdə səsləndirməyək və
gizliliyi qoruyaq. Bağçalardan birinin müəllimi bildirdi ki, hər
gün, bağçadakı menyu siyahlya uyğun olmur və uşaqlara az yemək
verilir.
“Bir neçə gün əvvəl divara vurmuşduq ki, rasionda kiftə
olmalı idi. Real olaraq isə şorba yedizdirdik, kartof da normal
deyildi”, – pedaqoqlardan biri bildirdi.
Marneulinin Uşaq Bağçaları Birliyindən bu faktı baş tutmayan
tenderlə izah edirlər. Tenderlər saytında daxil olduqda birliyin
elan etdiyi 3 uğursuz tenderlə qarşılaşdıq. Marneuli meriyasının
balansında olan “MMC”, 21 iyul, 6 sentyabr və 21 sentyabr
tarixində, mal əti və toyuq filesi almağa cəhd edib. Ancaq heç bir
şirkət tenderdə iştirak etməyib.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov vəd verir
ki, gələn həftədən vəziyyət düzələcək. O, qeyd etdi ki, əti təcili
surətdə alacaqlar.
“Gələcəkdə heç bir problem olmayacaq. Təcili alqı-satqı
edəcəyik. Menyu qanun və qaydalara uyğun olaraq təsdiqlənib. 10
günlük menyu bütün bağçalar üçün universaldır. Ancaq hansısa manyu
olan zaman biz həmin menyunu vermirik və gələcək menyunu
yapışdırırlar. İndi problem həll olunduqdan sonra heç bir problem
olmayacaq”, – Kərəmov bildirdi.
Marneuli Uşaq Bağçaları Birliyindən bildirdilər ki, bələdiyyədə
fəaliyyət göstərən 11 uşaq bağçasına, 18 oktyabr tarixində təcili
surətdə ət alınaraq, bağçalara veriləcək.
Qurumun təcili qaydada alqı-satqı mexanizmindən indiyə qədər niyə
istifadə etmədiyi məlum deyil.
224 kiloqram sümüklü mal ətinin, 672 kiloqram yumşaq ətin və 672
kiloqra toyuq filesinin alınması planlaşdırılır.